Nida.az
Dağıstandan gələn kəşfiyyatçı Azərbaycanda nə edirmiş? – Özəl
Xəbər verdiyimiz kimi, bu ilin may ayının əvvəlində Mübariz Mursalov adlı şəxs Azərbaycana gələrək, Dağıstanın Azərbaycandakı nümayəndəliyinin boş qalan rəhbərliyinə qeyri-rəsmi olaraq rəhbərlik etdiyini elan etmişdi (http://publika.az/p/18525).
Publika.az-a daxil olan məlumata görə, adıçəkilən şəxs bir neçə gün öncə yenidən Şimal bölgəsində səfərdə olub. Daha sonra Bakıya da getdiyi deyilir. Onun konkret məqsədinin nə olduğu bilinmir, lakin Dağıstan nümayəndəliyinin rəsmi adı olan lövhənin onda olduğu deyilir. Məlumata görə, Mursalov Dağıstan nümayəndəliyinin keçmiş rəhbəri Maqamod Qurbanov haqda anti-təbliğat aparır, eləcə də Azərbaycan hökumətinin azlıqlara qarşı yanlış siyasət apardığını deyir.
Qeyd edək ki, o, bundan əvvəl mayın 2-də Xaçmaza gələrək özünü
nümayəndəliyin rəsmi şəxsi kimi qələmə verib. Məlumat üçün bildirək
ki, M. Mursalov milliyətcə ləzgidir, Dərbənd şəhərində yaşayır.
Məlumatlara görə, vaxtilə əks-kəşfiyyatçı kimi də fəaliyyət
göstərib. Sovetlərin dövründə hərbi jurnalist kimi işləyən Mursalov
ittifaq dağılandan sonra Moskvada “Lezginskiy vesti” qəzetini
buraxaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR