• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Sənin özün ermənidən pissən” – deputatdan gənc müğənniyə İRAD

  • Nida.az
  • 1 İyul 2014 17:35
  • 3 418 Baxış
“Sənin özün ermənidən pissən” – deputatdan gənc müğənniyə İRAD

Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov gənc azərbaycanlı müğənni Səbinə Rəhimovanın erməni ilə bir yerdə “Selfie” çəkməsini pisləyib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, sözügedən gənc doğru hərəkət etməyib:

“Mən onun bu hərəkətini müəyyən mənada qəbul etmirəm. Əgər erməni dövlət və xalq səviyyəsində yüz illərdir ki, bizimlə düşmənçilik aparır. Təbii ki, bu baxımdan da azərbaycanlı gəncin mövqeyi və hərəkəti qəbul edilməzdir. Mən o qıza üzümü tutub demək istəyirəm ki, o erməni səninlə düşməndir, sənin torpaqlarını işğal edib və başqa ərazilərinə də iddiası var. İndi sən nə bilirsən ki, o, yaxşı ermənidir? Bütövlükdə, erməni xalqı azərbaycanlılara qarşı düşmənçilik mövqeyindədir. Bəlkə, sən gedib bir “yaxşı erməni” tapıb, onu da tərif edəcəksənsə, o zaman sənin özün ermənidən pissən. Hesab edirəm ki, biz tarixin müxtəlif dövrlərində bu cür loyal, unutqan olmaqla hər zaman məğlub olmuşuq. Bu kimi ideoloji məsələlərdə biz zəiflik göstərmişik, unutqanlıq etmişik, “əşi, daha keçdi, unudaq getsin” deyə-deyə ermənilər başımıza bu müsibətləri gətirib. Ermənilər isə bizimlə barışmaz mövqedə dayanır. Ötən həftə və bu gün Bakıda olan ermənilərə baxın. Gəlib Azərbaycanda ağıllarına gələni danışmaqdan belə çəkinmirlər. Düşmən mövqelərini bildirirlər. Bu gün də ermənilər demir ki, biz o torpaqları işğal etmişik. Deyirlər ki, biz o torpaqları azad etmişik. Yəni, ermənilər türkün qəddar və barışmaz düşmənidir. Bu, tarix boyu da belə olub. Çox təəssüf ki, bu gün kimlərsə müəyyən uğurlar qazanmaq üçün xalq diplomatiyasından danışır, biri deyir ki, guya, biz erməni xalqı ilə müharibə etmirik, əksinə, erməni ordusu ilə müharibə etmirik. İndi sual olunur. Məgər bu ordu erməni xalqının ordusu deyil? Mən istəyirəm ki, bu cür məsələlərdə ermənilərlə barışmaz olmalısan, kəskin mövqe bildirməlisən. Allah Ulu Öndər Heydər Əliyevə də rəhmət etsin. O da hər zaman deyirdi ki, heç vaxt ortalıqda qalma, hər zaman kəskin mövqe bildir”.

Xatırladaq ki, “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimova erməni ilə çəkdirdiyi “selfie”ni sosial şəbəkədə paylaşıb və fotonun altında “Bütün qafqazlılar birlikdə” şərhini yazıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR