Elmar Məmədyarov Aİ-nin nümayəndəsini qəbul edib
Bizi izləyin

Nida.az

Elmar Məmədyarov Aİ-nin nümayəndəsini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filipp Lefortu missiyanın başa çatması ilə əlaqədar qəbul edib.

Publika.Az -a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. E.Məmmədyarov Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılması vacibliyini vurğulayıb. Həmçinin E.Məmmədyarov cari ilin 23-24 yanvar tarixlərində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüşlər barədə məlumat verib.

Nazir F.Leforta gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm