Azərbaycan üzərində NATO-Rusiya müharibəsi başlayır
Bizi izləyin

Nida.az

Azərbaycan üzərində NATO-Rusiya müharibəsi başlayır

Bir neçə gün öncə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri oldu. Ondan bir gün əvvəl isə Azərbaycan 30 nəfərlik sülhməramlı qrupunu Əfqanıstana göndərdi. Bu Əfqanıstanın təhlükəsizliyinə beynəlxalq dəstəyin tərkib hissəsidir.

Azərbaycan dünyanın təhlükəsizlik problemlərinin həllində 2002-ci ilin 20 noyabrından birbaşa iştirak edir. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Əfqanıstanda Azərbaycanın 90 hərbi qulluqçusu, eləcə də 2 hərbi həkim və mühəndis iştirak edir.

Lakin Azərbaycan NATO ilə əməkdaşlığı bununla məhdudlaşmır.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavismaya Qazeta” nəşri bununla bağlı araşdırma aparıb. Nəşr yazır ki, Əfqanıstan əməliyyatlarının başladığı ilk gündən Azərbaycan praktiki olaraq hərbi yüklərin daşınması üçün öz hava məkanını verdi. Bu gün bütün bu yüklər təhlükəsiz formada Kabilə çatdırılıb. NATO rəhbəri bununla bağlı rəsmi Bakıya öz minnətdarlığını dəfələrlə bildirib, C. Appaturay da özü ilə belə bir minnətdarlıq gətirmişdi.

Məlum olduğu kimi, ABŞ-ın qoşun və mülki şəxslərinin Əfqanıstandan çıxarılması prosesi başlanıb. Hərbi texnikanın əsas hissəsi də Azərbaycan tranziti ilə Avropaya keçir. Belə ki, bu bərələrlə Qazaxıstanın Aktaun limanından birinci karvanla Bakıya, burdan da dəmiryolu vasitələri ilə Gürcüstanın Poti limanına aparılır.

ABŞ-ın Azərbaycanda səfiri Riçard Morninqstar bunu şərh edərkən deyib ki, qoşunların və mülki şəxslərin, eləcə də yüklərin daşınmasında əsas tranzit Azərbaycan olacaq.

Nəşr iddia edir ki, ən maraqlı məqam Əfqanıstandan çıxarılan Amerika qoşunlarının Azərbaycanda qalması ehtimalıdır. Bu, hər-halda müəyyən müddətə qədər olsa da baş verə bilər.

Lakin Morninqstar bunu “belə bir plan yoxdur” deyə təkzib edib və belə bir şeyin baş verməsini mümkünsüz hesab edib.

NATO rəhbərliyi ilə rəsmi Bakının Əfqanıstana dair danışıqlarında təkliflərdən biri Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu olub, hansı ki, bu, ilin sonunda istifadəyə veriləcək.

Hesablamalara görə, iki il ərazində hər ay təxminən 2,2 min konteyner göndərmək lazım gələcək. İlkin məlumatlara görə, təxminən 500 konteynerin Mərkəzi Asiya üzərindən göndərilməsi planlaşdırılırdı. Belə ki, bunun 400-cü Özbəkistan, Qazaxıstan və Rusiya vasitəsilə, 100-ü isə Tacikistan, Qırğızıstan, Qazaxıstan və Qafqaz ərazisindən nəql edilməli idi. Lakin Ukrayna hadisələrindən sonra pisləşən Moskva-NATO əlaqələri fonunda bunun baş tutacağı şübhə altındadır və güman ki, Şimali Atlantik Alyansı yeni variantlar üzərində düşünəcək. Belə olan halda isə Qafqaz dəhlizi NATO üçün ən yaxşı tranzit marşrutudur. Burda isə Azərbaycan xüsusi rola malikdir.

Nəşr yazır ki, Azərbaycan üzərində NATO-Rusiya mübarizəsi yeni mərhələyə qədəm qoya bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm