Niyaməddin Orduxanlı: “Əli Kərimlinin oğlu İngiltərədə yaşayır...”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Əli Kərimlinin oğlu İngiltərədə yaşayır...”


“NİDA-çı gənclərin prezident İlham Əliyevdən əfv istəməsi və özlərinin indiyə qədər təsir altında olduqlarını etiraf etməsi çox yaxşı haldır”.

Bu sözləri Publika.az-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan NİDA-çı məhkum Şahin Novruzlunun prezident İlham Əliyevdən əfv istəyinə münasibət bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, həqiqətən, bu gənclər radikal müxalifətin təsirinə düşmüş gənclərdir: “Bunlardan Əli Kərimli və İsa Qəmbər öz siyasətləri üçün faydalanırdılar. Əli Kərimli həmişə maraqlı olub ki, ona yaxın olan gənclərin əksəriyyəti həbsxanaya düşsün və o da bütün beynəlxalq təşkilatlara göstərsin ki, “əsas müxalifət” budur.

Bu gənclər artıq başa düşüblər ki, Əli Kərimliyə onların adı lazımdır. Həmin gənclərin həbsindən bir ildən artıq vaxt keçib. Bu il ərazində Əli Kərimli bir dəfə də olsun o gənclərin həbsxanada yanına getməyib, nə mənəvi, nə də maddi dəstək verməyib. Heç verməyəcək də. Lap üstündən 7 il keçsə də, gedən deyil. Bu, onun xarakteridir.

Odur ki, radikal müxalifətin təsirində olan gənclər NİDA-cı gənclərdən bir nümunə götürməlidirlər və başa düşməlidirlər ki, öz dostları hansı vəziyyətə düşüblər və unutmamalıdırlar ki, nə Əli Kərimliyə görə, nə də İsa Qəmbərə görə həbsxanaya düşməyə dəyməz. Birinin oğlu İngiltərə gözəl həyat yaşayır, o birininki də Bakıda”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm