Ömər Şişani İŞİD-in “Nazirlər kabineti”ndə niyə yoxdur?
Bizi izləyin

Nida.az

Ömər Şişani İŞİD-in “Nazirlər kabineti”ndə niyə yoxdur?

İŞİD-in “Nazirlər kabineti”nin tərkibi məlum olub.

Qruplaşmanın kabinetində Ömər Şişaninin olmaması isə diqqət çəkir. Çünki Şişani İŞİD rəhbərinin əsas köməkçisi hesab edilir. Yayılan videolarda da onun daim Bağdadinin sağ tərəfində dayandığı görüntülənib.
Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, Şişaninin kabinetdə təmsil olunmaması qruplaşma daxilində baş verən narazılıqdan irəli gələ bilər. Məlumatlara görə, bəzi qərarların qəbulunda Bağdadi ilə Şişani arasında fikir ayrılığı yaranıb.

Qeyd edək ki, çeçen əsilli Ö. Şişani vaxtilə Gürcüstana ordusunun zabiti kimi çalışıb. Onun islamı necə qəbul etməsi və Suriya, ordandan İraqa getməsi haqda atası öz müsahibəsində ətraflı məlumat verib. Müsahibəni bu linkdən oxuya bilərsiniz. ( http://publika.az/p/29844 ).


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm