Nida.az
İlham Əliyev İtaliya Senatının sədri ilə görüşüb (FOTO)
İyulun 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro
Qrasso ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan
Prezidenti İlham Əliyev və İtaliya Senatının sədri Pietro Qrasso
birgə foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji
əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə
olundu. İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu
vurğulandı, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi
qeyd edildi. Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət
göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi.
Ölkələrimiz arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı
əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olundu.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə
Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata
keçirilməsinə əminlik ifadə edildi.
İtaliya Senatının sədri ölkəsinin Azərbaycana
Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını
bildirdi.
Prezident İlham Əliyev İtaliya Senatının sədrinə
Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı
vəziyyəti barədə məlumat verdi.
Görüşdə ölkələrimiz arasında münasibətlərin
inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq
qruplarının rolunun önəmi qeyd olundu, bu sahədə gələcək
əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti
vurğulandı.
Sonda qarşılıqlı hədiyyələr təqdim
olundu.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR