Nida.az
Kaspşik bəyanat verdi
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanatla çıxış edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində yaranan gərginliklə bağlı bəyanatla çıxış edib. Səfir Anjey Kaspşik cəbhə xəttində baş verən çoxsaylı insidentlərlə bağlı narahatlığını ifadə edib. O qeyd edib ki, hər bir bədbəxt hadisə münaqişəyə cəlb olunmuş insanlar və onların ailələri üçün faciədir.
Bəyanatda deyilir: “ATƏT-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun həmsədrləri 2 avqust tarixli bəyanatlarında bu məsələyə münasibətlərini açıqlayıblar. Mandatıma uyğun olaraq, mən gərginliyin azaldılmasında tərəflərə kömək etmək üçün ən yüksək səviyyədə təmaslar da daxil olmaqla, onlarla sıx əlaqədə çalışmağa davam edəcəyəm. Mən və komandam sonuncu dəfə avqustun 1-də təşkil olunmuş monitorinqlər üzrə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Hər monitorinq zamanı biz təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulması və ümumi vəziyyətə dair tərəflərdən informasiya alır və müəyyən bir yerdə situasiyanı müşahidə edirik. Biz, həmçinin qarşılıqlı maraq doğuran və gərginliyi azaldan məsələlərin həlli üçün yerli komandirlərə kömək edirik.
Monitorinqin nəticələri barədə hesabat ATƏT-in fəaliyyətdə olan sədrinin idarəsinə və Minsk Qrupunun üzvlərinə təqdim olunur. Baş verən hadisələr barədə hesabatlar, həmçinin mənim rəhbərlik etdiyim ofisdən ATƏT-in müvafiq strukturlarına təqdim edilir. Biz müvafiq monitorinq tədbirlərinin gedişi və ya nəticələri haqqında açıq şərh vermirik. Mətbuatın bu növ məlumatları mənim rəhbərlik etdiyim ofis tərəfindən verilmir”./anspress/
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO