Millət vəkili: “Bu, nəinki ikili standart, hətta əxlaqsız siyasətdir”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Bu, nəinki ikili standart, hətta əxlaqsız siyasətdir”

“ABŞ-ın Azərbaycana ikili standart siyasətinin kökündə bu ölkədəki erməni lobbisinin təsiri dayanır”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Leyla Yunusun həbsinə ABŞ Dövlət Departamentinin reaksiyasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Qərbin siyasətində ikili yanaşma hökm sürür: “Ukraynada baş verən hadisələrə görə ittiham olunan Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Vaxtilə BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsi NATO tərəfindən dərhal icra edildi. Amma eyni tipli qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Bu gün hər kəs, eləcə də ABŞ Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini bilir. Son günlər erməni diversiya qruplarının sərhədimizə hücumları da onlara yaxşı bəllidir. Lakin bunlara rəğmən, heç bir reaksiya verməməsi, əksinə, Azərbaycanı hansısa şəxsin həbsi ilə bağlı tənqid etməsi nəinki ikili standart, hətta deyərdim ki, əxlaqsız siyasətdir. Leyla Yunus kimdir axı? O, Azərbaycan qanunlarının pozub, dövlətə xəyanət edib, dövlət maraqlarını ermənilərə satıb, vergidən yayınıb, qanunsuz bizneslə məşğul olub və qanun qarşısında cavab verməlidir. Leyla Yunus eyni hərəkətləri ABŞ-da etsəydi, necə olacaqdı? ABŞ kəşfiyyatçısının Rusiyada sığınacaq alması böyük qalmaqala səbəb oldu. Çünki ABŞ dövlət maraqlarına zərbə vurulmuşdu. Leyla Yunus ABŞ dövlət maraqlarına zərbə vursaydı, onlar da eyni addım atacaqdılar. Burada Azərbaycan dövlət maraqlarına zərbə vurulub və lazımi reaksiya verilib”.

F. Ağamalı hesab edir ki, Ermənistanın müdafiə olunması, Azərbaycanın isə hər xırda məsələyə görə tənqid olunmasının kökündə xristianlıq amili də dayanır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm