Azərbaycan dindarları Qarabağa döyüşə gedir
Bizi izləyin

Nida.az

Azərbaycan dindarları Qarabağa döyüşə gedir

Qarabağda döyüşmək istəyən Azərbaycan dindarları bəyanat yayıb.

Publika.az-a daxil olan bəyanatda deyilir ki, son vaxtlar erməni işğalçılarının təmas xəttində atəşkəsi pozaraq hücumları öz pik hədinə çatdırması narahatlıq və hiddət doğurub.

“Mövcud vəziyyət hər gün öz torpağında Azərbaycan əsgərlərinin şəhadəti ilə nəticələnən arzuolunmaz faktı gerçəkləşdirib. Ermənistanın qəsbkarlıq siyasəti hər gün Azərbaycan əsgərinin ölümü və ya yaralanması addımını davamlı hala gətirmişdir. Bu isə atəşkəs şəraitində bir daha Ermənistanın mənfur siyasətini hər kəs üçün bir daha sərgiləməkdədir.

Bütün bu hallara qarşı rəşadətlə mübarizə aparan şəhadəti, torpağı uğrunda ölümü baş ucalığı bilən Azərbaycan əsgəri xalqın güvən yeri, millətin şərəf mənbəyidir. Hər bir Azərbaycanlı vətəni uğrunda şəhid olan əsgəri ilə qürur duyur. İnsanlığın ali məqamına yüksələn şəhidlərimiz öz müqəddəs qanları ilə bir daha “Şəhidlər ölməz, vətən bölünməz” şüarını tarixə yazaraq onu əbədiləşdirməkdədirlər.

Biz Azərbaycan ruhaniləri torpağımızın bölünməzliyi uğrunda gedən mübarizəni birmənalı olaraq dəstəkləyir və Azərbaycan əsgərinin bu pak amal uğrunda mübarizəsində onunla bərabər olduğumuzu bəyan edirik. Şəhid olmuş hər bir əsgərə Allahdan rəhmət, yaxın və ailə üzvlərinə səbr diləyirik. Azərbaycan ruhaniyyəti Milli Mənəvi dəyərlərimizə edilən istənilən hərəkəti pisləməklə yanaşı bu addımlara qarşı mübarizədə xalqımızın yanında olduğunu, torpağın işğaldan azad olması uğrunda son damla qanımıza qədər mübarizə aparacağını qürurla bəyan edirik. Xalqımız üçün şəhidlər əbədi yaşayacaq azadlıq carçıları, xalqın milli kimliyini tərənnüm edən inanc mənbəyidir”, - deyə bəyanatda bildirilir.


Bəyanatı Mirkazım Əyyubzadə, Toğrul Nuriyev, Niyaməddin Əhmədov, Emil Rahiloğlu, Zülfüqar Mikayılzadə, Ramil Hüseynov, Elçin Qasımov, Fazil İmanov, Sahib Məmmədov, Qürbət Abdulov, Azər Qafarov, Mirayaz Xeyrullahyev, Şahin Həsənov, Rauf Hüseynov, Əli Nur, Ramil Bədəlov, Elgün Axundov, İlqar Rəcəbov, İlqar Əliyev, Abgül Süleymanov, Elman Ağayev, Elçin Manafov, Nəsimi Əsgərov, Vale Nəsirov, Mahmud Əsgərov, Əfqan Muradov, Cəmil Həsənov imzalayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm