Nida.az
İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin etimadnaməsini qəbul etmişdir.
Səfir Xalid Usman Qayser fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Xalid Usman Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq
münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin
başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu
münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi
əlaqələrin uğurla inkişaf etdiyini dedi. Əlaqələrimizin iqtisadi,
mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə
ümidvar olduğunu bildirən Prezident İlham Əliyev bunun regional
əməkdaşlıq baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı
ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq
təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək
dəyərləndirdi.
Səfir Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti
Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və
ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd
etdi ki, əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev
tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da
möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. Səfir Heydər
Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar
layihələrin əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman
Qayser Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman
dəstəkləyəcəyini bildirdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin sənaye, hərbi-texniki
əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya
texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə
inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş
nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını
bildir
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu