Müsavatda dava xəbərini Əli Kərimli təşkil edib - Şok iddia
Bizi izləyin

Nida.az

Müsavatda dava xəbərini Əli Kərimli təşkil edib - Şok iddia

Müsavat Partiyasında başqanlığa namizədlər Arif Hacılı ilə Qubad İbadoğlu arasında olduğu iddia edilən əlbəyaxa dava barədə xəbər AXCP sədri Əli Kərimli tərəfindən sosial şəbəkələrdə yayılıb.

Publika.az-a bu barədə müxalifət düşərgəsindəki mənbə məlumat verib.

Məlumata görə, məsələ ilə bağlı ilk xəbər “facebook”da AXCP-nin “Gizli İşgüzar Qrupu”nda müzakirəyə çıxarılıb. Qeyd edək ki, sözügedən qrupun yüzlərlə cəbhəçi üzvü var. Burada müzakirə olunan məsələlər AXCP rəhbərliyi tərəfindən öncədən müəyyənləşdirilir. Gizli qrupa yalnız üzv olanlar baxa bilər və hər kəs bu qrupa qəbul olunmur.

Mənbə qeyd edir ki, həmin informasiyanın yayıldığı mətbuat orqanına bu xəbər məqsədli şəkildə çatdırılıb. Xatırladaq ki, sözügedən xəbər “Bizim yol” qəzetində yayılıb. Əslində jurnalistika təcrübəsində bu cür hallar tez-tez olur. Belə ki, jurnalistə məlumat müxtəlif kanallarla çatdırılır. Mənbə isə bildirir ki, burada məqsəd Müsavat haqqında yalnış rəylərin formalaşdırılmasıdır. Adının açıqlanmasından imtina edən mənbə AXCP-nin gizli qrupuna çıxışı olduğunu iddia edib.


AXCP və Müsavat arasındakı münasibətlər fonunda bu iddialar həqiqətə yaxındır. Hansı ki, Milli Şuradan Müsavatın istefasından sonra tərəflər arasında qarşılıqlı gözdənsalma kampaniyaları aparılır. Bunun üçün əsas müstəvi sosial şəbəkələrdir. Həbslərlə bağlı Müdafiə Komitələrinin yaradılması iki partiya arasındakı son qarşıdurmadır. İddialara görə, müdafiə məsələsində Avropa institutları müxalifətə maliyyə yardımı ayırmaq niyyətindədir. Ehtimal etmək olar ki, Əli Kərimli belə bir informasiya ilə Müsavatdakı durumu qərbli nümayəndələrə göstərmək istəyib. Çünki buna qədər bir neçə dəfə analoji hallar baş verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm