Müdafiə Komitələri arasında qalmaqal: Kim daha yaxşı işləyir?
Bizi izləyin

Nida.az

Müdafiə Komitələri arasında qalmaqal: Kim daha yaxşı işləyir?

“Danışmaqdansa, bir-birimizi ittiham etməkdənsə, işləmək lazımdır”.

Publika.az-a açıqlamasında bu sözləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini, Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi Birləşmiş Müdafiə Komitəsinin üzvü Xəzər Teyyublu Milli Şuranın yaratdığı Müdafiə Komitəsinin sədri Vidadi Mirkamalın ittihamlarına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, 14 siyasi təşkilat bir yerə toplaşaraq həbs olunanların müdafiəsini təşkil etmək qərarını verib: “Cəmiyyətə də mesaj verilib. İndiyə qədər üç toplantı keçirilib. Bu gün saat 16:00-da KXCP-nin qərargahında növbəti toplantı keçiriləcək. Kimin nə deməsindən asılı olmayaraq, gördüyümüz işlər göz qabağındadır”.


X.Teyyublu bildirib ki, indiki məqamda hansısa ittihamların irəli sürülməsi yersizdir. “Vidadi bəyin də dediklərinə şərh bildirməyi mənasız hesab edirəm. İş görmək lazımdır, danışmaq yox”, - deyə o bildirib.


Qeyd edək ki, V.Mirkamal Publika.az-a açıqlamasında İsa Qəmbərin təşəbbüsü ilə yaradılan komitəni ittiham etmişdi. O, “özlərinə sığışdırıb Milli Şuranın yaratdığı Müdafiə Komitəsinə gəlmədilər. Əvəzində, adında “beynəlxalq” sözü olan mücərrəd bir komitə yaratdılar” deyib. V.Mirkamal iddia edib ki, onların yaratdığı komitə ilə bağlı təşəbbüs daha əvvəldən olub. (http://publika.az/p/37989).


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm