“Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanması mümkündür”
Bizi izləyin

Nida.az

“Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanması mümkündür”

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ probleminin nizamlanması ətrafında Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə nikbin proqnoz paylaşıb.

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ probleminin nizamlanması ətrafında Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə nikbin proqnoz paylaşıb.

Amerikalı həmsədr sosial şəbəkədəki şəxsi səhifəsində sülhün mümkün olduğunu qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə növbəti addımları müzakirə etmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə görüş. Sülh mümkündür”.

Xatırladaq ki, fevralın 2-də ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For və amerikalı həmsədri Ceyms Uorlik Bakıya səfər ediblər.

Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparacaq olan həmsədrlər daha sonra Ermənistana gedəcəklər. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm