Beynəlxalq təşkilatlar kəşfiyyat işləri ilə məşğul olur
Bizi izləyin

Nida.az

Beynəlxalq təşkilatlar kəşfiyyat işləri ilə məşğul olur

“Beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin, diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüş keçirməsi nə dərəcədə qanunauyğun ola bilər?"

Bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, bu cür görüşlər bütün diplomatik normaları pozur: ”Onların bu cür gizli görüşlər keçirməsi yalnız həmin qurumların Azərbaycana yönəlik siyasətlərini bunlar vasitəsi ilə həyata keçirmək məqsədi daşıyır. Xüsüsən bu görüşləri Əli Kərimli ilə aparırlar və ona tapşırıqlar verirlər. Onun vasitəsi ilə Azərbaycan hakimiyyətinə və Azərbaycan dövlətinə olan münasibətini ortaya qoyurlar. Bir sözlə Əli Kərimlidən istifadə edib, “mesajlarını” çatdırırlar. Qərbin nəinki Azərbaycanda, bütün dünyada “demokratik dəyərləri yaymaq” adı ilə fəaliyyət gösərdiyi beynəlxalq təşkilatları həmin ölkələrdə kəşfiyyat xarakterli işlərlə məşğul olurlar. Diplomatik korpusda da kəşfiyyatçılar “diplomat” adı ilə çalışanlar olur. Öz ölkələrinə məlumat çatdırmaqla məşğul olurlar. Buna ABŞ hər il molyonlarla dollar xərcləyir. Adını da bu cür qoyurlar ki, heç kimdə şübhə yaratmasınlar. Həm də əsas fəaliyyətləri həmin ölkələrdə özlərinin ələaldıqları şəxslər vasiəsi ilə siyasətlərini elan etməkdir. Qeyd olunan həmin gizli görüşlərdə bu məqsədlə olur.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm