Qənirə Paşayeva Hindistan səfirinə Qarabağ həqiqətlərindən danışıb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Hindistan səfirinə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Hindistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb. Azərbaycan ilə Hindistan arasında əlaqələrin inkişaf etdiyini deyən millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva hər iki ölkə arasında o cümlədən parlamentlər arasında əlaqələrin inkişaf etməsinin müsbət hal olduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva Hindistanın ölkəmizdəki səfirinə Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib. Xocalı Soyqırımı, Qaradağlı Soyqırımı, Quba Soyqırımı, Ağdaban faciəsi, Dağıdılmış mədəniyyət beşiyi-Şuşa, Ermənistanın işğal etdiyi və abidələri məhv etdiyi Ağdamla bağlı filmlərin daxil olduğu ingilis dilində “Azərbaycan həqiqətləri” filmlər kataloqunu səfirə təqdim edən millət vəkili Qənirə Paşayeva Qarabağ həqiqətləri ilə bərabər Azərbaycan mədəniyyətinə dair materialları da hədiyyə edib və bu istiqamətlərdə söhbət aparılıb. Millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva yaxın günlərdə III Beynəlxalq türk sənətləri, tarixi və folkloru konqresində iştirak etmək üçün Hindistanın paytaxtı Dehli şəhərinə səfər edəcəyi deyib və bu kimi tədbirlərin əhəmiyyətli olduğunu bildirib.

Hindistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Hindistan ilə Azərbaycan arasında əlaqələrinin daha da inkişaf etdiyini və bunun məmnuniyyətverici olduğunu bildirib. Görüşün sonunda səfir millət vəkilinə Hindistan mədəniyyəti ilə bağlı materiallar və kitabları təqdim edib.

Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində Hindistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vinod Kumara müəllifi olduğu və Hindistanın iki böyük qadın siyasi-ictimai xadimi İndira Qandi və Sonya Qandinin həyat hekayələrini də özündə əks etdirən "Tarixə adını yazan Qadınlar" 3 cildlik kitabını təqdim edib. Kitabı vərəqləyən səfir tarixə adını yazan 100 qadın içərisində Hindistandan iki böyük qadın siyasi-ictimai xadimin olmasından məmnunluğunu ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm