Müsavat qərar verir: Qurultay olsun, olmasın – Son dəqiqə
Bizi izləyin

Nida.az

Müsavat qərar verir: Qurultay olsun, olmasın – Son dəqiqə

Hazırda Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilir.

Publika.az-a açıqlamasında bu barədə Divan üzvü Nüşabə Sadıqlı məlumat verib.


O, komitənin iclasının davam etdiyini deyərək əlavə danışmaq istəməyib.


Qeyd edək ki, bu iclasda partiyanın qurultayının olub-olmaması məsələsinə baxılır. Belə ki, qurultay sentyabrın 27-nə təyin olunsa da, partiya daxilində fikir ayrılığı yaranıb. Buna səbəbsə yerin olmamasıdır. Bir qrup qurultayın partiya qərargahında da keçirilməsinin mümkünlüyü fikrini irəli sürür. Digər qrupsa 800-1000 nəfərlik qurultay iştirakçısı üçün respublika saraylarından birini tələb edir. Həmçinin, burda hökumətdən yer almaq prinsipi əsas gətirilir.


Bakı meriyası isə Müsavata paytaxtın Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evini təklif edib.

Müsavat isə qurultay üçün şəhərin mərkəzi küçələrindən birində yerləşən Opera və Balet Teatrını təklif etmişdi.


Meriyanın bu təklifi də bugünkü iclasda müzakirə olunur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm