• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rus mediası: “Moskva anladı ki, Azərbaycan Gürcüstan olmayacaq”

  • Nida.az
  • 16 Sentyabr 2014 10:35
  • 2 052 Baxış
Rus mediası: “Moskva anladı ki, Azərbaycan Gürcüstan olmayacaq”

Dünən Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası Qərbin Moskvaya qarşı sanksiyaları fonunda diqqətçəkəndir.

Publika.az xəbər verir ki, Rusiya mediası Moskvanın Bakının timsalında özünə dəstək tapdığını yazır.

İclasda səslənən bəyanatlar də müəyyən əsaslar yaradır. Belə ki, Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları heç bir nəticə verməyəcək.

“Rusiya elə ölkə deyil ki, onunla sanksiya dilində danışmaq mümkün olsun. Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək. Biz Avropa İttifaqı, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”, - deyə Eyyubov bildirib.

Ardınca Rusiya baş nazirinin müavini Dmirti Roqozin çıxış edir və eyni sərt tonlar onun da çıxışında sezilir.

“Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiya və Azərbaycanı daha yaxın dost etdi. 2013-cü ildə dünya bazarındakı nəticələrə baxmayaraq, bizim ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard olub. Bu, 2012-ci ilə nisbətən 5 faiz çoxdur. Bu, iki ölkənin yaxınlığını göstərir. Bu gün sınaq vaxtıdır. Siyasi hadisələr Rusiya Federasiyasının iqtisadiyyatını narahat edir. Əslində, bütün bunlar Rusiya və Azərbaycanı daha da yaxınlaşdırır. Bu gün Azərbaycan məhsulu Rusiya bazarlarına çıxır, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ortaq müəssisələrin yaradılmasının vaxtıdır”, - deyə Roqozin qeyd edib.

“Bu çağırışlar Bakı ilə Moskvanın yaxınlaşdığını göstərir. Buna qədər də münasibətlər daim yüksək səviyyədə saxlanırdı. Lakin Bakı daima Qərblə münasibətlərinə də önəm verir. Güman ki, bundan sonra da eyni situasiya davam edəcək. Lakin Moskva bir daha anladı ki, Azərbaycan Gürcüstan olmayacaq və bu çətin vaxtda arxadan zərbə vurmayacaq”, - deyə rus mediası görüşü belə şərh edir.

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin yüksək templərlə artdığını qeyd edən Şimal mediası Bakının Qərblə məsafə saxlamasına səbəb kimi, ikilistandart siyasətini də nümunə çəkir.

Hansı ki, bu günə qədər Qarabağ münaqişəsində Qərb lazımi dəstəyi verməyib. Rusiya isə Ermənistanla münasibətləri fonunda Azərbaycanla da əlaqələri saxlayır və daim münaqişənin nizama salınması istiqamətində çalışır. Bu həm də Moskvanın özünə əhəmiyyətli olan regionun sabitliyi üçün də vacibdir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR