Azərbaycanla ATƏT arasında memorandum imzalanıb
Bizi izləyin

Nida.az

Azərbaycanla ATƏT arasında memorandum imzalanıb

Azərbaycan Respublikası xarici işlər nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində dünən ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir münadiləsi aparılıb. Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm