Qənirə Paşayeva Ankarada türk gənclərinə müraciət edib
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Ankarada türk gənclərinə müraciət edib

Millət vəkili Qənirə Paşayeva Ankarada TÜRKSAM konfransında Qaraabağ problemi ilə bağlı geniş məruzə edib.

Ankarada TÜRKSAM-ın təşkilatçılığı ilə Ankara Vəkillər Kollegiyasında (Ankara Barosunda) keçirilən “Qarabağda 3 nəsil 1 soyqırım” adlı sərgidə iştirak edən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni adlı konfransda da çıxış edib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.”

Millət vəkili qondarma "erməni soyqırımı” yalanlarına qarşı mübarizədə türk ölkə və toplumlarının fəal olmağa səslədi. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. O həmçinin xaricdə yaşayan türk kökənli diaspor təşkilatları arasında da ibirliyinin genişlənməsinin böyük önəmindən danışıb. “İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, - deyə millət vəkili çıxışının sonunda gəncləri özəlliklə daha fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı sərgiyə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Millət vəkili bir cür sərgi və konfrasların qardaş Türkiyənin bir çox bölgələri ilə bərabər türk dövlət və toplumlarının yaşadığı bütün coğrafiyalarda daha çox keçirilməsinin böyük önəmini də vurğulayıb və bu istiqamətdə aktiv fəaliyyətinə görə TÜRKSAM-a təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm