Millət vəkili: “Prezident mötəbər auditoriyanı aldatdı”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Prezident mötəbər auditoriyanı aldatdı”

“Prezident mötəbər auditoriyanı aldatmaq yolunu seçdi”.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sərkisyanın BMT Baş Assambleyasındakı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Sərkisyan 1912-1915-ci ildə Osmanlı maliyyə nazirinin və xaricdəki səfirlərinin 24-nün erməni millətindən olmasını yaddan çıxarıb: “Ermənistan prezidenti Serj Sərkisyan dünən BMT Baş Məclisinin 69-cu sessiyasında çıxış edib.

Ancaq başqa dövlətlərin nümayəndələri kimi beynəlxalq təhlükəsizlik tədbirlərindən, qonşu dövlətlərlə mehriban münasibətlərdən, ümümplanet problemlərindən danışmaq əvəzinə Ermənistan prezidenti mötəbər auditoriyanı aldatmaq yolunu seçdi.

Sərkisyan yenə də uydurma”erməni soyqırımını” müzakirə mövzusuna çevirməyə və Türkiyəni əsassız yerə ittiham etməyə başladı. Hansı ki, Türkiyənin arxivləri açmaq təklifinə rəsmi İrəvan rədd cavabı verdi və birinci dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlı türk kəndlərinin yüz minlərlə dinc əhalisini qətlə yetirməsi isə tarixin inkar edilməyən səhifələrindəndir. Həmçinin Sərkisyan Osmanlı İmperiyasının 1912-1915-ci ildə maliyyə nazirinin və xaricdəki səfirlərinin 24-nün erməni millətindən olmasını yada salmaq istəmir.

Millət vəkilinin sözlərinə görə, Sərkisyanın Azərbaycanı tənqid etməsinin heç bir əsası yoxdur: “Türkiyəni ittiham edən Ermənistan dövlət başçısı Baş Məclisə Türkiyənin Ermənistanla sərhədi açmaq istəməməsindən şikayət edir. Çıxışındakı əvvəlki tezisi unudaraq Türkiyəni onu sevməyə dəvət etməsi siyasi riyakarlığın ən bariz nümunəsi hesab edilə bilər.

Sərkisyan ənənvi olaraq Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Ancaq o Müdafiə naziri olaraq Azərbaycan torpaqlarının 20 faizin işğal etməklərindən, Xocalı faciəsini törətməklərindən, 1,2 milyon Azərbaycan vətəndaşını öz torpaqlarında qaçqına çevirməklərindən danışmadı. Həmçinin öz doğma kəndlərinə gedən iki Kəlbəcər sakinini tutaraq işgəncə verməklərindən, onlar üzərində məzhəkəyə oxşayan məhkəmə qurmaq istəməklərindən söz açmadı.

O çıxışında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalına həsr olunmuş dörd qətnaməsindən xeyli söz açdı. Daha doğrusu, məsələni təhrif etməyə çalışdı. Sərkisyan Azərbaycanı Dağlıq Qarabağ ilə birbaşa əlaqələr qurmamaqda ittiham etdi. Ancaq Ermənistan qoşunlarının Azərbaycanda nə etdiyini və özünün vaxtaşırı dəvət olmadan icazəsiz Azərbaycan torpaqlarına gəlməsinin səbəbləri üzərindən sükutla keçdi.

Beləliklə, Ermənistan lideri növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışdı. Hesab etdi ki, bununla da erməni xalqının gündəlik qayğıları suallarından yayına biləcək. Ermənistan əhalisinin onun siyasətini bəyənməyərək hər il yüz min nəfərin ölkəni tərk etməsinin, yoxsulluq səviyyəsinin əhalinin 30 faizində dayanmasının, korrupsiya və sabaha inamsızlığın isə artıq ona dəxli yoxdur və BMT Baş Məclisində bu barədə danışmamaq da olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm