İraqlı nazir Azərbaycandan kömək istədi
Bizi izləyin

Nida.az

İraqlı nazir Azərbaycandan kömək istədi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində İraq Respublikasının xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

İbrahim Əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat vermiş və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın bunların bərpasında iştirak imkanlarına baxılmasına xahiş edib.

Nazir Elmar Məmmədyarov İraqa edilmiş son səfərini yüksək qiymətləndirərək, aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını tərəfmüqabilinin diqqətinə çatdırib. O, iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib. Həmçinin, BMT tərəfindən münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edən nazir Elmar Məmmədyarov dost ölkələrin münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymtələndirildiyini deyib.

Azərbaycan xarici işlər naziri iraqlı naziri ölkəmizə rəsmi səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm