Nida.az
“Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır”
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalamasına kəskin etiraz gəlməkdədir.
Bununla bağlı Publika.az-a acıqlama verən QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı həqarətdir:
”Bizim təşkilat birmənalı olaraq bəyan edir ki, Fransa dövlətinin rəsmisinin atdığı bu addım bütün dünyanın qəbul etidyi Azərbaycan ərasizinə qarşı çıxmaqdır. BMT –də daxil olmaqla elə Fransa dövlətiinin özü də Azərbaycan ərazi bütövlüyünü tanıyır və Şuşa şəhərinin Azərbaycan dövlətinə aid olduğunu bəyan edib. Həmçinin də Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsdəri olan dövlətdir. 22 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Belə bir vəziyyətdə nə haqla Fransa ATƏT-in Minsk qrupunda təmsil oluna bilər?! Artıq Fransa dövləti acıq şəkildə ermənilərə olan sevgisini ortaya qoyur. Bu hadisədən sonra Fransa Minsk qrupunda təmsilçilik hüququnu itirmiş olur. Fransa dövləti Azərbaycan xalqı qarşısında öz inamını itirmiş olur. Bu hadisəni sukutla qarşılaya bilmərik. Dövlətimiz baş verən hadisəyə kəskin etirazını bildirməlidir. Fransa dövlətinə nota verilməlidir. Azərbaycan cəmiyyəti də kəskinliyi ilə Fransa dövlətinə qarşı öz etiraznı bildirməlidir. Fransa dövləti bilməlidir ki, bu addımı ilə Azərbaycan xalqının etibar və inamını itirmiş olur”.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı