• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD Azərbaycanda “islam müxalifəti” yaradır? - Şok Detallar

  • Nida.az
  • 13 Oktyabr 2014 13:51
  • 1 421 Baxış
İŞİD Azərbaycanda “islam müxalifəti” yaradır? - Şok Detallar

Azərbaycanda radikal qrupların siyasi arenaya transferi haqqında daha bir təhlükə anonsu səsləndi.

Belə ki, “Karnegi” fondunun Qafqaz üzrə eksperti, britaniyalı politoloq Tomas de Vall BBC-yə müsahibəsində Azərbaycanı gözləyən risklərdən danışıb. Ekspert belə risklərdən biri kimi, dini radikallığı göstərib.

“Bu radikal qrupun Azərbaycan siyasi səhnəsinə keçməsi təhlükəsi var.
Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində vuruşurlar. Onlar bir gün evə qayıdacaqlar”,-deyə britaniyalı jurnalist qeyd edib.

Bu son günlər səslənən ikinci belə həyəcanlı ehtimaldır. Bundan öncə, Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson Azərbaycanda “müsəlman müxalifət” təhlükəsini qabartmışdı.

Ekspert bildirirdi: “Müsəlman müxalifətinin əsasını Suriya çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı” azərbaycanlılar təşkil edə bilər. Bu baxımdan, partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək mümkündür”.

Suriya cihadı başlayandan etibarən azərbaycanlıların da bu dini savaşa qoşulduğu məlumdur. Bu gün ən təhlükəli “cihad qrupu” hesab olunan İŞİD tərkibində də soydaşlarımız din adı altında döyüşür. Onlar gedərkən geri qayıtmaq üçün getmədiklərini deyirlər.

Lakin İŞİD-ə qarşı koalision müharibə onların geri qayıtmasını aktuallaşdırır. Hücumdan sağ çıxacaq İŞİD üzvlərinin Rusiya və Qafqaza üz tutacağı ehtimalı güclüdür.

Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Vyaçeslav Matuzov da bir müddət öncə bu barədə bildirmişdi ki, ABŞ İŞİD-i Şimal istiqamətində, Qafqaza yönəltməyə çalışır.

“Onlar “İslam dövləti”ni yaradaraq silahlandırdılar və bütün müharibə dövründə Suriya rejiminə qarşı maliyyələşdirdilər. Bu gün isə onları Qafqaza, Rusiyaya və Qara dəniz hövzəsinə itələmək istəyirlər”, - deyə rusiyalı şərqşünas bildirir.

Söhbət Qafqazdan gedirsə, burda iki məkan var. Birincisi, Şimali Qafqaz, yəni Çeçenistan və Dağıstan, hansı ki, Rusiya Federasiyasının tərkibindədirlər. İkincisi isə Azərbaycandır. Çünki Cənubi Qafaqazın yeganə müsəlman ölkəsi buradır və məhz burda “cihada” qoşulanlar var. Güman edilir ki, “cihaddan” dönənlər Gürcüstan və Ermənistana da təsir edə bilər, lakin bu hələ ki uzaq perspektiv olaraq görünür. Hazırda ən böyük təhlükə Azərbaycan üçündür.

Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” da bunun anonsunu verir.

“İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər, hansı ki, bu gün Suriya və İraqdakı “cihad” qruplarında azərbaycanlı və Şimali Qafqazda olan xeyli sayda döyüşçü var. Bütövlükdə Qafqazda Gürcüstan və Ermənistan din faktoru baxımından cihadçı islam qruplarından uzaqdır. Hər-halda bu ölkələrin vətəndaşları belə qruplara meylli deyil. Azərbaycan və Şimali Qafqazın müsəlman əhalisi isə bu qruplara meyillidir və bu, gələcəkdə Bakı ilə Moskvanın başağrısına çevriləcək”- deyə mərkəz bildirir.

Bu gözləntilər fonunda geri dönənlərin “dini müxalifətə” çevrilməsi təhlükəsi diqqət çəkir. Unutmamalıyıq ki, radikallığa meyilli insanlar qaranlığa çəkilib və bir gün ortaya çıxa bilər. Bu versiyanı ekspertlər də irəli sürür.

Radikalların siyasi meydana atılması üçün ölkədə yetərincə potensial var. Burda həm müxalifət düşərgəsindəki boşluqlar və buna paralel olaraq siyasi partiyaların zəif olmasıdır. Belə demək mümkünsə, uzun illərin ənənəvi müxalifətinə inanmayan narazılar qrupu ortaya çıxa biləcək yeni qüvvəyə meyllənə bilər. Hansı ki, bu məhz “dini müxalifət” olacaq.

Millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında belə bir təhlükəni istisna etmir. Onun sözlərinə görə, Azərbaycanda siyasi müxalifət üçün lazımi səviyyədə platforma yoxdur: “Çünki Azərbaycan kimi yeni demorkatiya ölkələrində parlamentdə fraksiyanın olması, fərqli fikirlərin səslənməsi ona görə lazımdır ki, proseslər gizli formada təşkilatlanmağa, meydanlara transfer olmasına gətirib çıxarmasın. Bunu daha geniş bir palitrada götürmək lazımdır ki, siyasi qüvvələr özlərinin enerjisini debatlarda və ya daha məhdud, daha publik auditoriyada sərf etsin, fikirlərini artırsın. Lakin bu tendensiya azdır. Məhz buna görə, radikal dini qrupların siyasi müxalifətə keçməsi təhlükəsi qalır”.

F. Mustafa qeyd edib ki, müxalifət düşərgəsində bir boşluq var və bu boşluğu arzuolunmaz hesab olunan həmin qüvvələr doldura bilərlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini, ekspert Elçin Əsgərov da Azərbaycanda “islam müxalifəti” təhlükəsini real hesab edir. Onun fikrincə, bu bəzən ortaya atılmış iddia olsa da, belə bir təhlükə həmişə var.

“Hazırda bu təhlükə olduqca kiçikdir, amma bu, yox demək deyil. Cihad arxasınca yaxın Şərqə gedənlər, yəqin ki, bir gün qayıdacaq. Hamısı olmasa belə kiçik qrupu Azərbaycana dönəcək. Onlar potensial təhlükə mənbəyidir. Digər tərəfdən, onların siyasi istiqamətlərdə fəal olması da istisna edilməməlidir. Amma dediyim kimi, bu təhlükə hazırda olduqca kiçik ehtimaldır”, - deyə o bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR