Nida.az
“Moldova Vedemosti”: “İlham Əliyevin zəkası Azərbaycanı Putindən qorudu”
Ermənistan Avrasiya İttifaqına Qarabağsız girdi və beləliklə, Qarabağla onun sərhədində gömrük postu qurulacaq.
Ermənistandan Qarabağa aparılan kartof və soğan, eləcə də digər ərzaq məhsullarına görə rüsum ediləcək. Bunu Azərbaycanın ən böyük siyasi müvəffəqiyyəti hesab etmək olar. Bu ölkə öz bitərəf siyasətində israrla dayandı. Nə Avropa, nə də Avrasiya İttifaqına girmədi. Qarabağ üzərində nəzarəti itirən Ermənistan isə iqtisadi cəhətdən sındırılmış duruma düşdü.
Publika.az xəbər verir ki, bu haqda Moldovanın
“Moldova Vedemosti” nəşri Minsk sammitinə dair şərhində yazıb.
Nəşr Azərbaycan Prezidenti İlham Əliyevi son illərin ən zəkalı
lideri hesab edir. Belə ki, Moldova nəşri yazır ki, İlham Əliyev
Kremlə arxa çevirmədi və Putinlə münasibətləri rasional şəkildə
müvəffəqiyyətlə qurdu: “Həm də bu münasibətlər təkcə siyasi və
hərbi müstəvidə deyil, ikitərəfli əməkdaşlıq formatında da inkişaf
edir. Bununla Əliyev ölkəni qorumağı bacardı. Buna paralel olaraq,
o, Qərblə də məsafəli əməkdaşlığını davam etdirir. Nəticə göz
qabağındadır. Azərbaycanda Rusiya ilə münasibətlərin yoluna
qoyulması və təzyiq dalğasının ölkədən yan keçməsinə görə
sevinirlər. Çünki Putin heç vaxt yazılmamış qaydaları pozmur. O
diqqət tələb edir və qarşılıqlı hörməti tapdalamır. Minskdə də bunu
nümayiş etdirdi. O, Qarabağı Ermənistandan ayırıb həqiqi sahibinin
Azərbaycan olduğunu göstərdi”.
Nəşr onu da bildirib ki, Azərbaycanın Avrasiya İttifaqına girməsi
Putin üçün böyük siyasi kapital olardı. Belə ki, Cənubi Qafqazda
Azərbaycan Rusiya üçün əsas perspektivdir.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR