Nida.az
Arif Hacılıdan şok açıqlama: “Onlar xəyanət etdilər”
Müsavat başqanı Arif Hacılı partiyadan istefa verənləri xəyanətkar adlandırıb.
Publika.az xəbər verir ki, mətbuata
açıqlamasında istefalarla bağlı münasibət bildirmək istəməyən
Müsavat başqanı “Facebook” səhifəsində buna qısa münasibət
bildirib.
“İrəli sürdükləri arqumentlərdən asılı olmayaraq, Müsavat
Partiyasını tərk edənlər Müsavatçılığa, Rəsulzadənin ruhuna, bu
ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən
silahdaşlarına qarşı xəyanət etdilər!” – deyə A. Hacılı
vurğulayıb.
Qeyd edək ki, VIII qurultayda Arif Hacılının başqan seçilməsini qəbul etməyən Qubad İbadoğlunun tərəfdarları partiyadan istefa verirlər. Artıq Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasla birlikdə bir neçə gənc istefa verdiklərini açıqlayıb. Bir neçə gün öncə isə partiyanın Tovuz rayon təşkilatı tam tərkibdə istefa verdiklərini bildiriblər.
Rayon təşkilatının 400-ə qədər üzvü olduğu deyilir. Lakin partiya rəhbərliyi təşkilatdan bir neçə nəfərin istefa verdiyini, digərlərinin isə hələ də müsavatçı olaraq qaldığını açıqlayıb. Hazırda Tovuz rayon təşkilatının yenidən qurulması istiqamətində iş aparılır.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR