İman Nağıyev: “Seçki hüququnun pozulması məsələsinə məhkəmələr baxacaq”
Bizi izləyin

Nida.az

İman Nağıyev: “Seçki hüququnun pozulması məsələsinə məhkəmələr baxacaq”

“Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçki hüququnun pozulması hadisəsi harada baş verərsə, məsələ ilə bağlı mübahisəyə o ərazi üzrə yerləşən məhkəmələrdə baxılacaq”.


Publika.az xəbər verir ki, bu barədə Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə “Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi” mövzusunda çıxış edən Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev deyib.


Onun sözlərinə görə, Azərbaycanda qazanılmış təcrübə imkan verir ki, qarşıdan gələn bələdiyyə seçkiləri də demokratik və ədalətli keçirilsin.


“Bundan sonra DSK-lar qəbul etdiyi qərarlara görə birbaşa məsuliyyət daşıyacaqlar. 2009-cu ildə bələdiyyə seçkiləri ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 85 işə baxılıb. Seçkilərə qədər məhkəməyə 16, seçkilərdən sonra isə 69 şəxsin müraciəti daxil olub”, - deyə məhkəmə sədri bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm