Nida.az
Başqan müavini: “Nəsib Nəsiblinin istefasından faciə düzəldirlər”
“Nəsib Nəsiblinin istefasını ajiotajla təqdim edib faciə düzəldirlər. Bu cür davranış doğru deyil”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Nüşabə
Sadıqlı deyib.
Onun sözlərinə görə, bütün dövrlərdəki kimi indi də partiyadan
gedənlər və gələnlər olacaq: “Seçim insanların özünündür. Qalmaq
istəyən qalır, getmək istəyən özü bilər. Narazılar MNTK-nın rəyi
ilə razılaşmırlar və bununla bağlı yeni açıqlamalar verəcəklərini
deyirlər. Halbuki Arif Hacılı hər kəsə qucaq açmağa, onların
təkliflərini dinləməyə hazırdır. Bu insanlar istəmirlərsə, nə etmək
olar. Əslində, bir müsavatçı olaraq heç kimin getməsini istəmirəm.
Onların əksəriyyəti siyasi mübarizədə uzun yol gəlmiş insanlardır.
Lakin son seçim özlərinindir”.
Başqan müavini Müsavatın parçalanacağı fikirləri ilə razı deyil.
Onun sözlərinə görə, müsavatçı əqidəsini daşıyanlar buna getməz: “O
insanların da əksəriyyəti müsavatçı əqidəsində olduğuna inanıram.
Əqidəli insanlar hansısa münasibətə görə partiyadan gedə bilməz.
Buna görə də parçalanma söhbətləri mümkün deyil. Sadəcə olaraq,
5-10 nəfər gedə bilər. Onların da yerinə gələnlər olacaq”.
N. Sadıqlı MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlını “Partiyanın 50
faizindən çoxu Arif Hacılının legitimliyini tanımır” açıqlamasına
görə tənqid edib.
“Əlövsət Talışxanlının rəqəminə inanmıram. O, MNTK-da olanda normal
işləsəydi, bu rəqəmləri doğru hesablasaydı, problemlər bu qədər
qabardılmazdı. Onun dedikləri yanlışdır. Arif bəyi dəstəkləyənlərin
sayının çox olduğunu hər kəs gördü”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR