Rəsul Quliyev ağlamaq istəyir
Bizi izləyin

Nida.az

Rəsul Quliyev ağlamaq istəyir

Niyə bu işi görmədi, çünki Mütəllibovun xalq arasında hörməti və dəstəyi yox idi. İndi götürün bu liderləri və Mütəllibovla müqayisə edin. Onların hörmət və dəstəyi Mütəllibovdan da qat-qat aşağıdır, bəlkə bu belə deyil, mən bilmirəm.

“Milli Şuranın AXCP-nin filialı olduğu artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-şüləsini yığışdırıb Əli Kəriminin yanından uzaqlaşsın. Az çox hörməti var idi, onu da Milli Şurada vurdu yerə”.

Publika.Az xəbər verir ki, bu barədə eks-spiker Rəsul Quliyev “Facebook” səhifəsində bildirib. Yeni koalisiyaların yaradılması haqqında da danışan eks-spiker bunun blef addım olduğunu deyib.“Adları müxtəlif, fəaliyyətləri isə eyni olacaq qurumların yaradılması sadəcə, gündəmdə qalmaq üçün atılan blef addımlardır. İndi də Milli Şuradan kənarda koalisiya yaratmaq istəyirlər. Guya burada Milli Şuradan artıq nə isə əldə edəcəklər. Bunlar həqiqətən də çox yazıq və pis gündədirlər. Adam utanmasa bunlara baxıb göz yaşı tökər”-deyə R. Quliyev vurğulayıb.

R. Quliyev başqa bir yazısında müxalifət üçün ən optimal variantın yalanlara son qoyub geri çəkilmək olduğunu bəyan edib. Onun fikrincə, insanların müxalifətə inanmamasının səbəbini onların 20 ildir mütəmadi xalqa yalan danışmasında axtarmaq lazımdır.

Eks-spiker Cəmil Həsənliyə müxalifətə qoşulduğu üçün irad tutub. Bildirib ki, Cəmil müəllim 20 il deyilən yalanların davamçısı olmaq istəyir, hətta onun ulduzu olmağına cəhd edir: “Hansı qısqanclıq hansı şəxsi münasibətdən söhbət gedə bilər. Hansı uğurlarına görə müxalifətdən olan kimsəyəsə qısqanmaq olar, fələk oğlu fələk də bundan baş çıxara bilməz. Cəmil müəllimin xalqa dediyi hər bir cümlə 65 faizlə seçkini uddumdan tutmuş Azərbaycan xalqı mübarizənin yeni mərhələsinə qədəm qoyuba qədər, o cümlədən Rəsul Quliyev 18 avqust mitinqini təşkil edirdi və ya məndən soruşurlar maaşları necə qaldıracaqsan deyirəm 5 nazirin yığdıqlarını əlindən alsam bu problemi bir dəfəlik həll edəcəyəm. Bunların hamısı ağ yalan və gözə kül üfürməkdir”.

R.Quliyev bildirib ki, AXCP Cəmil Həsənlidən qəhrəman obrazı yaratmaq istəyir.“Hər şeydən yaxşı olar Cəmil müəllimin qəhrəman obrazını yaratmaq üzərində çalışasınız. Mən düzü bilmirəm Cəmil müəllim hansı çıxışında məni baş nazir gətirirmiş, əgər belə bir şey olubsa bu həddən artıq qeyri-ciddi bir şeydir. Onun özünün qələbə çalmasına inanması ağla sığmaz bir fantaziyadır”-deyə o bildirib.

Daha sonra AXCP və Müsavatı tənqid edən eks-spiker deyib ki, özlərini ana müxalifət hesab edən AXCP və Müsavat partiyaları bu günkü liderləri ilə ölkənin gələcəyi üçün düşünürlərmi, əlbəttə yox, kimsə desə bu belə deyil, anektoda oxşayar: “Açıq danışaq bu insanların Avropa İttifaqı ölkələri və ABŞ-ın tam dəstəyi ilə hakimiyyətə gəlmək şansları var, əlbəttə yox. Bu qüdrətli ölkələr kuklaların başçılığı altında heç vaxt ölkə yarada bilməyəcəklərini çox gözəl bilirlər. Və heç vaxtda, heç yerdə yarada bilməyiblər. Ölkədə kənar dövlətlərin istəyi ilə heç vaxt hökumət qurmaq mümkün deyil. Elə bir şey mümkün olsaydı Rusiya 20 il öz ölkəsində saxladığı, Azərbaycanı bir quberniyası kimi görmək istəyən Mütəllibovu 100 dəfə hakimiyyətə gətirərdi. Rusiya Amerika deyil, Azərbaycanla ən uzun sərhədi var, istənilən vaxt içəridə hər şeyi qarışdırar”.

R.Quliyev əlavə edib ki, sabiq prezident Ayaz Mütəllibovun fəaliyyəti dövründə onun xalq arasında hörməti olmayıb.“Niyə bu işi görmədi, çünki Mütəllibovun xalq arasında hörməti və dəstəyi yox idi. İndi götürün bu liderləri və Mütəllibovla müqayisə edin. Onların hörmət və dəstəyi Mütəllibovdan da qat-qat aşağıdır, bəlkə bu belə deyil, mən bilmirəm. Bu insanlara çıx get demək tək mənim yox, hər bir vətəndaşımızın borcudur. Hökumət onların çıxıb getməsinə nail olmaq üçün hərəsinə bir qəzet bağışlayıb, varlıqlarını həyatda yox qəzetin səhfiələrində göstərirlər”-deyə eks-spiker diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm