Nida.az
Novruz Məmmədov: Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil
Helikopterin vurulması zamanı həlak olanlar da insan idilər, əsgər idilər. Onlar sadəcə Ermənistan rəhbərlərinin avantürist təcavüzkar siyasətinin qurbanlarıdırlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.
PA rəsmisinin sözlərinə görə, sadəcə olaraq Ermənistan rəhbərliyi
başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil.
N.Məmmədov deyib ki, burada çox böyük mürəkkəb proseslər gedir:
"Birincisi, bu bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı bir aktivləşmə müşahidə
olunub. Yəni uzun müddət fasilədən sonra beynəlxalq birlik,
xüsusilə də həmsədr dövlətlər və onların rəhbərləri bu münaqişənin
həllinə diqqəti artırmaq qərarını verdilər və bu istiqamətdə
müəyyən addımlar atıldı. Azərbaycan Prezidenti Rusiya Prezidentinin
təşəbbüsü ilə və onun iştirakı ilə Soçidə Ermənistan Prezidenti ilə
görüşdü. Bu, münaqişənin həlli istiqamətində atılan bir addım idi.
Bundan sonra belə bir görüş ABŞ dövlət katibinin iştirakı və
təşəbbüsü ilə keçirildi və iki ölkənin rəhbərləri arasında
danışıqlar aparıldı. Nəhayət, bir qədər bundan əvvəl belə bir
təşəbbüslə Fransa Prezidenti çıxış etdi, Paris görüşü keçirildi.
Görüşdə münaqişənin həlli ilə bağlı proseslərə bir baxış oldu,
fikir mübadiləsi aparıldı".
O, təəssüflə qeyd edib ki, bütün bu səylərə baxmayaraq, Ermənistan
tərəfi hansı yolla olursa-olsun, indiki status-kvonu qoruyub
saxlamağa çalışır və bunun üçün də müxtəlif bəhanələrə, yalanlara,
böhtanlara əl atır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu