Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

V.Doroxin qeyd edib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir. O, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm