Müsavatda Arif Hacılı - Tural Abbaslı görüşü - DETALLAR
Bizi izləyin

Nida.az

Müsavatda Arif Hacılı - Tural Abbaslı görüşü - DETALLAR

Müsavat Partiyasının başqanı Arif Hacılı başqanlığa keçmiş namizəd Tural Abbaslı ilə görüşüb.


Publika.az xəbər verir ki, bu barədə A. Hacılı şəxsi “facebook” səhifəsində məlumat verib.


“Tural Abbaslı ilə görüşdüm. Bir çox məsələlər barədə ətraflı söhbət etdik.
Məncə, səmərəli oldu”, - deyə o bildirib.


Tural Abbaslı Publika.az-a açıqlamasında görüşün detallarını açıqlamaq istəmədiyini deyib. Onun sözlərinə görə, A. Hacılı ilə partiyadakı vəziyyəti, yaranmış problemləri müzakirə edib: “Mən həmişə mətbuata dediyim fikirləri dedim. O da öz arqumentlərini bildirdi. Xeyli söhbətimiz oldu. Görüşün müsbət nəticəsinin olub-olmayacağını zaman göstərəcək”.


Qeyd edək ki, qurultaydan sonra Tural Abbaslı daha çox Qubad İbadoğlu ilə eyni mövqedən çıxış edirdi. Partiya daxilində fraksiya yaratmaq ideyası da ona məxsus olub. Arif Hacılının onunla görüşməsi yeni rəhbərliyin narazıları bölməsi cəhdi kimi qiymətləndirilə bilər.

Lakin T. Abbaslı fraksiya məsələsinin aktuallığını saxladığını bildirib.


“Bu, daxili demokratiyanın olmasına, insanların azad şəkildə fikirlərini ifadə etməsinə hesablanmış məsələdir. Əgər yeni rəhbərlik yaranmış problemləri aradan qaldıracaqsa, o zaman fraksiyaya da ehtiyac qalmayacaq. Hələlik danışıqlar gedir, nəticələri zaman göstərəcək. Lakin problemlər həll olunmayacaqsa, fraksiya da öz aktuallığını saxlayacaq. Ümumiyyətlə isə Arif bəy mənə “fraksiya yaratmayın”, yaxud nəyisə etməyin kimi sözlər deməyib. Sadəcə, bəzi məsələləri müzakirə etmişik”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm