Eldar İbrahimov: “907-ci düzəliş AXC-Müsavat və Əli Kərimlinin yarıtmaz siyasətinin nəticəsidir” AÇIQLAMA
Bizi izləyin

Nida.az

Eldar İbrahimov: “907-ci düzəliş AXC-Müsavat və Əli Kərimlinin yarıtmaz siyasətinin nəticəsidir” AÇIQLAMA

“ABŞ Konqresinin Azərbaycana tədbiq etdiyi 907-ci düzəliş Əli Kərimlinin də yer aldığı AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərindən söhbət açarkən 907-ci düzəlişə toxunmamaq mümkün deyil: “Bu qanun iki ölkə arasındakı münasibətlərə çox ciddi təsir göstərir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AXC-Müsavat hakimiyyətinin naşı siyasəti ölkəmizə heç bir xeyir verməyib”.

Əli Kərimlinin təsiri altında olan qəzetin Azərbaycan iqtisadiyyatının neftin üzərində qurulduğunu, neftin qiymətinin ucuzlaşması nəticəsində ölkəmizdə arzuolunmaz nəticələrin meydana çıxacağı uydurma fikirlərinə də münasibət bildirən millət vəkili Eldar İbrahimov qeyd etdi ki, Əli Kərimli və onun nəzarəti altında olan mətbu orqan Azərbaycanı dünyada biyabır edənlərdir: “Əgər onların damarlarında azərbaycanlı qanı axırsa, proseslərə az da olsa düzgün qiymət versinlər. Heç bir fakta əsaslanmayan fikirlərlə dövlətimizə qarşı qərəzli mövqedən əl çəksinlər. Bu gün dünyada söz sahibinə çevrilən Azərbaycanın iqtisadiyyatı rəqabətədavaml iqtisadiyyat kimi xarakterizə olunur. Ölkə başçısının apardığı məqsədyönlü və düzgün siyasətin nəticəsində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdiyi hər kəsə məlumdur. Bu baxımdan da neftin ucuzlaşmasının ölkəmizə heç bir mənfi təsiri olmayacaq. Ona görə də bu cür açıqlamaları sərt şəkildə qınayıram”.

Eldar İbrahimov eyni zamanda vurğulayıb ki, neftin ucuzlaşmasından bir çox ölkələr əziyyət çəkdiyi üçün bu proses çox davam etməyəcək: “ABŞ və Qərb ölkələri bu iqtisadi sankisyaları Rusiyaya qarşı tədbiq ediblər. Bu baxımdan Azərbaycanın bu məsələlərdə adının bilərəkdən çəkilməsi erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm