Elmar Məmmədyarov erməni həmkarı ilə görüşəcək – RƏSMİ
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov erməni həmkarı ilə görüşəcək – RƏSMİ

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində ATƏT XİN Şurasının toplantısında erməni həmkarı ilə görüşəcək.


Publika.az xəbər verir ki, bu haqda ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter bildirib. Onun sözlərinə görə, görüşdə xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Toplantıda Azərbaycan hava məkanını pozan Ermənistanın hərbi helikopterinin vurulması məsələsinin gündəmində olduğu, erməni tərəfinin müzakirəyə saxta sənədlər təqdim edəcəyi istisna olunmur.


Məsələ ilə bağlı Publika.az-a danışan Azərbaycan XİN mətbuat xidmətinin Hikmət Hacıyev görüşün keçiriləcəyini təsdiqləyib: “Görüş nəzərdə tutulur. Lakin biz belə görüşlərlə bağlı əvvəldən şərh vermirik. Orada bir çox tədbirlər də nəzərdə tutulduğu üçün, bununla bağlı XİN-in geniş məlumat yayacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm