Tağı Əhmədov yeni vəzifəsindən DANIŞDI – ÖZƏL
Bizi izləyin

Nida.az

Tağı Əhmədov yeni vəzifəsindən DANIŞDI – ÖZƏL

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədova yeni vəzifə verilib.

Metropolitenin keçmiş rəisi Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında Aparat rəhbəri təyin olunub. Bu barədə ilk xəbəri axar.az saytı yayıb. Sabiq rəis bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.

Tağı Əhmədov yeni vəzifə alması barədə ilk dəfə Publika.az-a danışıb. O, buna görə çox sevindiyini bildirib: “Mən hər zaman bu dövlətə, bu xalqa xidmət etmişəm və bundan sonra da belə olacaq. Yeni Azərbaycan Partiyası mənim üçün çox doğmadır”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun bu təşkilatın Aparat rəhbəri təyin olunması ilə bağlı fikirlərini bölüşüb.

F.Hüseynov Publika.az-a açıqlamasında deyib ki, Tağı Əhmədovun YAP üçün xidmətləri böyükdür: “Tağı Əhmədov Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunandan bəri bizdə Aparat rəhbəridir.Prezident məsləhət bilib onu vəzifədən çıxarıb, yerinə də başqasını təyin edib. Onun YAP-a xidməti və sədaqəti göz qabağındadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm