Elmar Məmmədyarovdan ittiham: “Qərəzlisiniz”
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarovdan ittiham: “Qərəzlisiniz”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb.

Publika.az-ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd edib.

M.Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib.

O həmçinin regiona səfər etmək niyyətində olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm