Nida.az
Akademik Ramiz Mehdiyevin kitabı Ukraynada nəşr edilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Kiyevdə Ukrayna dilində nəşr edilib.
Publika.az-ın “AzərTAc”a istinadən verdiyi
məlumata görə, Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşı İnna
Sosnovçikin Ukrayna dilinə tərcümə etdiyi kitab “Dmitri Buraqo”
nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunub. Səfirliyin
ölkənin əsas kitabxanalarına, ali məktəblərinə, elmi, siyasi
tədqiqat mərkəzlərinə göndərdiyi bu əsər böyük marağa səbəb
olub.
Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri
araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat
əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində
mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın
ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və
xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırır.
Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri
ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin
həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni
əngəllərə də münasibət bildirilir. Dağlıq Qarabağın tarixi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində
araşdırılır.
Kitabın Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik
Akademiyasında təqdimatı keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik
Akademiyası və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik
Akademiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçirəcəyi
beynəlxalq “dəyirmi masa”da rəsmi şəxslərin, tarixçilərin,
siyasətşünasların, diplomatların iştirakı ilə kitabın müzakirəsi
olacaq.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, erməni
məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə
elmi-tədqiqat əsəri, kitab və məqalələr dərc edilib. Lakin “Dağlıq
Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində ermənilərin uydurma
tarixi köklərə və ərazilərə istinad etməklə işğalçılıq iddialarına
və hərəkətlərinə haqq qazandırmaq cəhdləri ilk dəfə yüksək elmi
dəlillərlə ifşa edilib. Bu kitabda Azərbaycan xalqının və
dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində ulu öndər
Heydər Əliyevin mühüm rolu, Prezident İlham Əliyevin Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı prinsipial və ardıcıl mövqeyi də
diqqətə çatdırılır.
Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü”
kitabı da 2013-cü ildə səfirlik tərəfindən Ukrayna dilinə tərcümə
edilərək nəşr olunmuşdu.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi