“Erməni psixologiyası” Pakistanda
Bizi izləyin

Nida.az

“Erməni psixologiyası” Pakistanda

Pakistanın tanınmış “Statestimes” qəzeti Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə bu günlərdə çap edilən “Erməni psixologiyası” kitabından yazıb.

Kitabın ekspert qrupunun üzvü Elnur Eltürkün Publika.az-a verdiyi məlumata görə, kitab haqda bir neçə gün öncə Türkiyə saytları da məlumat yayıb.


Onun sözlərinə görə, kitaba olan marağı nəzərə alaraq yaxın günlərdə “Erməni psixologiyası” kitabının rus, ingilis və Türkiyə türkcəsində çapına başlayacaqlar. Kitabın başqa ölkələrdə də təqdimatı gözlənilir.

Qeyd edək ki, kitabın müəllifi Eldəniz Elgün, elmi redaktoru Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, kitabın redaktoru və “erməni toplumunun mədəniyyəti” fəslinin müəllifi Türkan Azad , ekspert heyətinin üzvləri Samirə Abdullayeva, Zaur Əhməd, Fərid Şahbazlı və Elnur Eltürkdür.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm