• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavat qurultayının tarixini açıqladı: İsa Qəmbər meriyaya məktub yazdı

  • Nida.az
  • 11 Fevral 2014 17:32
  • 1 186 Baxış
Müsavat qurultayının tarixini açıqladı: İsa Qəmbər meriyaya məktub yazdı


Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) məktubla müraciət edib. Publika.Az xəbər verir ki, Müsavat başqanının İsa Qəmbər tərəfindən imzalanan məktubda partiya qurultayında 700 nəfərədək qurultay nümayəndəsinin və yüzlərlə qonağın, mətbuat nümayəndəsinin, ümumilikdə isə ən azı 800-1000 nəfərin iştirakı gözlənildiyini qeyd edib: “Ona görə də 800-1000 nəfərin iştirakı ilə 2012-ci ilin müxtəlif tarixlərində Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edərək, bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğunu bildirmişik. Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik.

Bakı şəhər İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Z.Ramazanov tərəfindən imzalanan 02 mart 2012-ci il tarixli 7-935/17 saylı məktubu ilə bizə aşağıdakı yerlərin təklif olunduğu qeyd olunur: “Bildiririk ki, Bakı Şəhər İdman Kombinatında (Əl Oyunları Sarayı) bu ilin sonunadək respublikada bir sıra daxili və beynəlxalq yarışlann keçirilməsi planlaşdırılımış, eyni zamanda həmin yerin bu il Bakı şəhərində təşkil olunacaq “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin koordinasiya şurası tərəfindən hazırlıq işlərinin aparılması üçün ayrılması nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti partiyanızın planlaşdırdığınız növbəti VIII qurultayının aşağıda göstərilən yerlərdən birində keçirilməsini təklif edir:

1. A. İsgəndərov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 27)

2. M. Məmmədyarov adına Mədəniyyət Evi (ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31)

3. S. Bəhlulzadə adına Mədəniyyət Evi (ünvan: Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28)

4. “Bakı” kinoteatrı(ünvan: Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 20)

Təklif olunan yerlərdən birini seçərək, həmin yerin müdiriyyətinə müraciət etməyiniz tövsiyə olunur”.

Təklif olunan yerlərə baxış zamanı məlum oldu ki, M.Məmmədyarov adına Mədəniyyət evi (ünvan – Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31) istisna olmaqla digər yerlərdə - A.İsgəndərov adına Mədəniyyət Evində, S. Bəhlulzadə adına Mədəniyyət Evində və “Bakı” kinoteatrında kütləvi tədbirlər keçirmək mümkündür. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bizim qurultayda ən azı 800-1000 nəfərin iştirak edəcəyini nəzərə alsaq, yerlər az olduğu üçün bu zallarda Müsavat Partiyasının VIII qurultayının keçirilməsi mümkün deyil.

Beləliklə, 2012-ci ilin yanvar ayından başlayaraq Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq iclas zalının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığımız müraciətlərə müsbət cavab ala bilməmişik.

Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 10.00-dan 20.00-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik. Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR