Nida.az
Deputat: “Azərbaycan İsraillə ərəb dövlətləri arasında vasitəçiliyə hazırdır“
"Azərbaycan şərqlə qərb mədəniyyətinin, sivilizasiyasının birləşdiyi məkandır. Bu mənada, ölkəmizin dünyada müxtəlif məsələlərlə əlaqədar dialoqun qurulması üçün vasitəçilik imkanları var". Publika.Az xəbər verir ki, bu fikirləri yap.org.az saytına AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
Baxşəliyevanın sözlərinə görə, islam aləmində ölkəmizə böyük rəğbət bəslənilir. Bu baxımdan İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanın imkanlarını lazımınca dəyərləndirib:
"Liberman ölkəmizə səfəri zamanı Azərbaycanın İsraillə ərəb dövlətləri arasında vasitəçi kimi imkanlarını yüksək dəyərləndirib. Bu, çox gözəl fikirdir. Bilirsiniz ki, İsrail xalqı qərb dəyərlərinin daşıyıcısıdır. Azərbaycanda isə qərb dəyərləri ilə şərq dəyərləri sintez olunub.
Eyni zamanda, islam mədəniyyətinin yaranmasında və inkafında xalqımız çox böyük töhfələr verib. Bu gün İslam Əməkdaşlıq Təşkilatında Azərbaycana böyük ümidlərlə baxırlar. Ölkəmizin dünyəvi inkişaf modeli İƏT dövlətləri tərəfindən öyrənilir. İsraillə Fələstin arasında münaqişə uzun illərdir davam edir və bu münaqişəyə digər ərəb ölkələri də cəlb olunub. Tərəflər arasında dialoqun aparlması üçün Azərbaycanın vasitəçilik etmək imkanları çoxdur. Ona görə də, İsrail xarici işlər nazirinin bu bəyanatı müsbət qiymətləndirilməlidir".
Publika.Az
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi