• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aydın Mirzəzadə: “Bilmək istəyirəm, İctimai Palata hakimiyyətə gəlsə...”

  • Nida.az
  • 27 Aprel 2012 15:56
  • 160 Baxış
Aydın Mirzəzadə: “Bilmək istəyirəm, İctimai Palata hakimiyyətə gəlsə...”

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə İctimai Palatanın regionlarda aksiyalara başlayacağına dair açıqlamalara münasibət bildirib.

Millət vəkili Publika.Az-a deyib ki, məqsəd ənənəvi cəlbedici vədlərlə insanları aksiyalara cəlb etməkdir: “Hər bir partiya, siyasi təşkilat öz məqsədinə çatmaq üçün müxtəlif yollar seçir. Əgər onlar bu yolla nəticəyə nail olacaqlarını düşünürlərsə, buyursunlar. Əminəm ki, bu mitinqlərlə də heç bir ictimai dəstək qazanmayacaqlar.

Siyasətdə əvvəldən fikir bildirmək düzgün deyil. Hadisələrə yalnız nəticəyə görə qiymət vermək olar. İctimai Palataya daxil olan partiya liderlərinin bəyanatları çox bəlağətli, gözəl ifadələrlə zəngin olur. Amma nəticəyə baxanda məlum olur ki, dediklərini ümumiyyətlə həyata keçirə bilmirlər.

Müxalifət liderlərinin çıxışlarında ölkə qarşısında duran məsələlərlə bağlı konkret təkliflər yoxdur. Mən onların mitinqlərdəki çıxışlarını müxalifət mətbuatından oxudum. Bir siyasətçi, adi vətəndaş kimi, bunların hakimiyyətə gələcəkləri təqdirdə dövləti hansı formada idarə edəcəklərinə dair məndə heç bir təsəvvür yaranmadı.

Bilmək istəyirəm, İctimai Palata hakimiyyətə gəlsə, vergini azaldacaq, yoxsa çoxaldacaq, bunu bilmirəm. Bilmək istəyirəm, onlar hakimiyyətə gələndə xarici şirkətlərin fəaliyyətini genişləndirəcəklər, yoxsa yox, bunu da bilmirəm.

Onu da bilmirəm ki, bunlar xarici siyasətdə hansı ölkələrlə dostluq münasibətləri sürəcəklər. Onların hansı kadr potensialı ilə iqtidara gələcəkləri də sual altındadır.

Hakimiyyətə iddialı təşkilat ilk növbədə konkret məqsədlərini açıqlamalıdır. Bunlar isə yalnız gəlişigözəl sözlərlə ictimai diqqət çəkmək istəyirlər ki, bu yolla nəticəyə nail olacağını düşünmək, sadəlövhlükdən savayı bir şey deyil”.

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR