Müsavatdan daha bir istefa: “Ən böyük pisliyi İsa Qəmbər etdi”
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir istefa: “Ən böyük pisliyi İsa Qəmbər etdi”

Müsavat Partiyasının sabiq Məclis üzvü, regional koordinator Füzuli Vəziroğlu istefa verib.


Publika.az xəbər verir ki, bu barədə F. Vəziroğlu özünün “Facebook” səhifəsində yazıb.


O, Müsavat Partiyasından ayrılmaq qərarına gəldiyini bildirib: “Dəyərli dostlar. Bu gündən Müsavat partiyasının sıralarından ayrılmaq qərarına gəldim. Sizlərə həyatınızda can sağlığı, meydanlarda aparacağınız mücadilədə uğurlar arzulayıram. Allah yardımçınız olsun”.


Başqanlığa keçmiş namuizəd Tural Abbaslı isə bu istefaya qarşı çıxıb.


“Bu addımı qətiyyən dəstəkləmirəm və heç doğru addım olduğunu da düşünmürəm. Bizləri tək qoyub gedirsiniz. Məncə bir az da düşünün. Son qərarı verməyə tələsməyin. Müsavatın sizlərə ehtiyacı var. Bunu biriləri qəbul etsə də, etməsə də bu belədir”, - deyə o bildirib.


Qubad İbadoğlunun Müsavat Partiyasından çıxarılan tərəfdarı Məhəmməd Muradov isə bunu Müsavatda yarpaq tökümü kimi şərh edib: “Müsavatda yarpaq tökümu davam edir. Bu istefaların hər biri üzücüdür, ağırdır. M. Ə. Rəsulzadə yolunu kiçildib Arif Hacılı kimi mənfi imicli dağıdıcıya verəndə düşünmək lazım idi. Müsavata ilk pisliyi edənlərdən biri, bəlkə də birincisi bu projenin müəllifi İsa Qəmbərdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm