Layihə rəhbəri: “Azərbaycan dövləti gəncliyin sağlam inkişafına hər cür şərait yaradır” – FOTOLAR
Bizi izləyin

Nida.az

Layihə rəhbəri: “Azərbaycan dövləti gəncliyin sağlam inkişafına hər cür şərait yaradır” – FOTOLAR

“Azərbaycan dövləti öz gəncliyinin sağlam inkişafı üçün hər cür şərait yaradır. Biz buna öz timsalımızda bir daha şahid olduq”.

Bu sözləri Publika.az-a açıqlamasında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Virtual Məmləkətim” adlı layihənin rəhbəri Səma İsalı bildirib.

O, Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən “Virtual Məmləkətim” adlı layihənin maliyyələşdirilməsi üçün 2 min manatdan çox maliyyə yardımı edildiyini söyləyib.

S.İsalı deyib ki, bunun nəticəsi olaraq da biz 5-20 aprel tarixlərində Bakıda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Virtual Məmləkətim” adlı layihəni həyata keçirdik: “Layihənin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT-dən düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir. Bu layihə gözlədiyimizdən də yaxşı alındı. Layihəyə maraq çox olduğu üçün biz bunun davamı olaraq “Virtual Məmləkətim” adlı klub da yaratdıq. Yəni, çox uğurlu alındı. Çox istərdik ki, bu layihə davamlı olsun. Bütün bunlara görə cənab Prezidentə və Gənclər Fonduna təşəkkür edirik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm