Səlim Müslümov: “2020-ci illərdə əhalinin sayı 12 milyonu ötəcək”
Bizi izləyin

Nida.az

Səlim Müslümov: “2020-ci illərdə əhalinin sayı 12 milyonu ötəcək”

“İndi Azərbaycanda sosial münasibətlər cəmiyyətdə mövcud olan sağ, sol və mərkəzçi qüvvələr arasında yaranan ziddiyyətli münasibətləri tənzimləyir”.

Publika.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün Bakıda keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin formalaşdırdığı sosial iqtisadi kompleks və idarəetmə forması Azərbaycanı sosial baxımdan inkişafına və beynəlxalq aləmdə nüfuzunun artmasına təkan verib. S.Müslümov deyib ki, Azərbaycanda sabitliyin mövcud olması əhalinin sürətli artımına təkan verib: “Ötən əsrin 90-cı illəri ilə müqayisədə hazırda əhalinin artımı 26 faiz təşkil edir. 2003-2013-cü illər arasında isə 16 faiz artım olub. Əhalinin sayı 9, 6 milyon təşkil edir. Əgər artım bu sürətlə davam edərsə, 2020-ci illərdə bu rəqəm 12 milyonu ötəcək. Əhalinin gəlirləri və sosial şəraitin yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Son 10 ildə əhalinin artımı şəhər yerlərində 20 faiz, kənd yerlərində 11 faiz təşkil edib. Ölkədə son 10 ildə ölümün faizi də aşağı düşüb. Hər min nəfərə ölənlərin sayı 6 nəfərdən, 5,8 nəfərə düşüb. Hər min nəfərə doğulanların sayı isə 14-dən 19-a qalxıb. Bu göstəriciyə görə Azərbaycan Avropa dövlətləri arasında birinci yerdədir. Bu iqtisadi inkişaf miqrasiya proseslərində də özünü göstərir. Bu ilin 10 ayı ərzində Azərbaycana daimi yaşamaq üçün 1455 nəfər gəlib, 690 nəfər isə ölkəni tərk edib. Yəni 800 nəfərə yaxın müsbət saldo vardır. Son beş il ərzində bu müsbət saldo 2300 nəfər olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm