Bakının ağıllı strategiyası: Ermənistanın sonu yaxınlaşır – İRƏVAN TƏLAŞDA
Bizi izləyin

Nida.az

Bakının ağıllı strategiyası: Ermənistanın sonu yaxınlaşır – İRƏVAN TƏLAŞDA

Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İttifaqına daxil olması haqda müqaviləni ratifikasiya etdikdən sonra bu ölkənin ictimaiyyəti, eləcə də siyasi dairələrində qorxu hissi baş qaldırıb.

Publika.az xəbər verir ki, ilk qorxu yaradan məqam İrəvan hökumətinin müstəqilliyini itirməsidir. Onsuz da bir çox məsələlərlə bağlı İrəvan Moskvanın diktəsinə qulaq asır. Lakin Avrasiya İttifaqında təmsil olunan Qazaxıstan və Belarusun Moskvanı açıq şəkildə tənqid etməsi Ermənistanda bir sual yaradıb: “İrəvan bunu edə biləcəkmi, yaxud Qərblə münasibətlərini sərbəst surətdə davam etdirməyi bacaracaqmı?”


Digər xüsusi bir məqam Moskvanın ittifaqda təmsil olunan digər ölkələrdən də Qərbin sanksiyalarına cavab verməsini istəməsidir. Xarici işlər naziri Sergey Lavrov Gömrük Şurası çərçivəsində Rusiyaya qarşı sanksiyalara cavab verilməsini istisna etmir.


“Gömrük Şurasının normativ-hüquqi bazası birlik ölkələrinin hər hansı birinə qarşı üçüncü ölkə tərəfindən iqtisadi təzyiq olacağı təqdirdə digərlərinin də buna cavab verməsinə imkan verir. Hazırda biz ittifaqdakı ölkələrdən bunu istəmirik, lakin gələcəkdə buna ehtiyac yarana bilər”, - deyə Rusiyanın baş diplomatı vurğulayıb.

Ermənistan siyasi dairələri məhz bundan qorxur. Çünki Moskva bunu dilə gətiribsə, gələcəkdə mütləq buna gedəcək. Belə olacağı təqdirdə, onsuz da Azərbaycan və Türkiyə tərəfindən təcrid olunan Ermənistan Qərbin də hədəfinə çevriləcək. Bu prosesdən yarana biləcək iqtisadi çətinlik isə əlavə problemlər gətirəcək.

Erməni ekspertləri, eləcə də mediası son zamanlar mütəmadi olaraq İrəvan hökumətinə Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərini nümunə göstərir və Moskvanın qanadı altına sığınmağın ölkə üçün acınacaqlı nəticələrə səbəb olacağını deyirlər. Bu isə Ermənistanın sonu deməkdir.

Eyni zamanda, Bakının uğurlu gedişi ilə Ermənistanın ittifaqa Qarabağsız daxil olması erməni ictimaiyyətinin mərkəzi hakimiyyətə qarşı əsas tənqid mövzusuna çevrilib.

Qeyd edək ki, erməni siyasətçilər İrəvan rejiminə həm də Bakının uğurlu balans strategiyasını da nümunə göstərirlər.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm