• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Fazil Mustafa Prezidentin çıxışını şərh etdi

  • Nida.az
  • 30 Dekabr 2014 00:26
  • 1 157 Baxış
Fazil Mustafa Prezidentin çıxışını şərh etdi

"Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı son çıxışında çox maraqlı və konkret məqamlar var".

Publika.az-ın məlumatına görə, bu barədə millət vəkili Fazil Musafa Prezident İlham Əliyevin çıxışını öz Facebook səhifəsində şərh edərən yazıb.

"Prezident deyir ki: "Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik", - Fazil Mustafa qeyd edib.

Millət vəkili bildirib ki, təbii olaraq bu, hamımızın içindən keçən arzulardır və bu tezislərin mətni diplomatik mənada kifayət qədər cilalanmışdır. Birincisi, tarixi torpaqları geri qaytarmaq ifadəsi ancaq bizimlə düşmənçilik edən Ermənistana qarşı yönəldilir və burada digər dövlətlərin ərazisində olan tarixi torpaqlar barədə göndəriş nəzərdə tutulmur. İkincisi, bu torpaqların yenidən ələ keçirilməsindən deyil, azərbaycanlıların orada yaşama perspektivindən bəhs edilir. Üçüncüsü isə tarixi torpaqların deyil, BMT-nin tanıdığı 86,7 min kv. km.lik ərazinin bərpa ediləcəyi vurğulanır. Yəni bu yanaşmada bədxahların istifadə edəcəyi hansısa bəhanəyə yer qalmır. Bütün hallarda prezident səviyyəsində bu cür sərt və qətiyyətli bəyanatların səsləndirilməsi faydalıdır. Bu arzunun reallaşa bilməsi məsələsi isə, "Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir." ifadəsində əslində cavablandırılmış olur. Mən hər zaman dostlarımdan eşitdiyim bir olmuş hadisəni ibrətamiz bir misal olaraq söyləyirəm. Sərhəd bölgəsində Dağlıq Qarabağın işğalı prosesi yenicə başlayanda yaşı yüzü adlamış bir nənədən soruşmuşlar ki, necə görürsən, Dağlıq Qarabağ kimin olacaq? Nənə rahat bir cavab verir: "Kim çox çalışsa onun olacaq!" Həqiqətən də Dağlıq Qarabağ hələ ki, daha çox çalışanların əlindədir. Bu reallığı dəyişə biləcəyikmi? Hər halda dəyişməkdən başqa alternativimiz qalmır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR