Nida.az
Fransa prezidentinin Azərbaycana səfəri planlaşdırlır
“Turan” informasiya agentliyi özünün diplomatik mənbələrinə istinadla xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana və Ermənistana səfəri bu ilin mayına nəzərdə tutulur. Bakıda əsas müzakirə mövzularından biri də Fransa şirkətlərinin Azərbaycan bazarına daxil olmasıdır: “Burada söhbət xüsusilə Fransa biznesinin nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, telekommunikasiya, kosmik proqramlar, habelə energetika sahəsində iştirakından gedir” – deyə agentliyin xəbərində deyilir.
Səfər zamanı Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın da diqqət mərkəzində olacağı
gözlənilir.Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabrında
Vilnüsdə səfərdə olarkən Fransa prezidenti ilə görüşüb.
AzərTAc-ın məlumatına görə, görüşdə siyasi, iqtisadi, energetika
və mədəniyyət sahələrində iki ölkə arasındakı əməkdaşlıq və bunun
gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi
aparılıb.Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.
Fransa ABŞ və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə nizamlanmasına dair aparılan danışıqlara vasitəçilik edən
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bakıda müstəqil
ekspertlər tez-tez Fransanın ermənipərəst mövqeyindən
şikayətlənirlər.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi