Həmsədrlər narahat olub
Bizi izləyin

Nida.az

Həmsədrlər narahat olub

Polşada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov Krakovda ATƏT-in Minsk qrupunun ABŞ (Ceyms Uorlik), Fransa (Pyer Andryu) və Rusiyadan (İqor Popov) olan həmsədrləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə həmsdərlər nazirə təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində itkilərə səbəb olan hücumlar haqqında məlumatlarla bağlı ciddi narahat olduqlarını bildiriblər.

Həmsdərlər deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında etimadı bərpa etmək və tərəqqiyə nail olmaq üçün ötən ildən başlayan zorakılığın artması hallarının qarşısını almaq lazımdır. “Biz Azərbaycanı münaqişənin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini yerinə yetirməyə, Ermənistanı gərginliyin azaldılması üzrə bütün tədbirləri görməyə çağırırıq. Bütün tərəflər atəşkəs haqqında sazişin şərtlərinə riayət etməlidir. Zorakılıq sülhün əldə edilməsi üzrə səyləri pozur", - həmsdərlər əlavə edib.

Həmsədrlər nazirlə sülh prosesi çərçivəsində növbəti mümkün addımları, o cümlədən davamlı nizamlanmaya gətirib çıxara və bütün regiona fayda verə biləcək hərtərəfli danışıqları müzakirə ediblər. Onlar, həmçinin görüşdə nazirə Minsk qrupunun həmsədrlərinin vəzifə və rolunu, eyni zamanda, ATƏT müşahidəçilərinin öhdəliklərini xatırladıblar.

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca arzuolunmaz insidentlərin qarşısının alınmasına yönəlmiş tədbirlərin vacibliyini qeyd ediblər.

Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında tərəflərin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə sazişi ilk fürsətdəcə reallaşdırmasının gedişi müzakirə olunub.

Həmsədrlər yaxın gələcəkdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşməyi, sonra regiona səfər etməyi planlaşdırırlar.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm