ADR Müsavatın qərargahına göz dikdi və “yox” cavabı aldı - ETİRAZ
Bizi izləyin

Nida.az

ADR Müsavatın qərargahına göz dikdi və “yox” cavabı aldı - ETİRAZ

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı Müsavat Partiyasının qərargahında yerləşmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə təklifi ADR üzvü Hüseyn Məlik irəli sürüb.

“Müsavat Partiyası qərargahının birinci mərtəbəsi boşdur. Mən Müsavat rəhbərliyindən xahiş edirəm ki, istifadəsiz qalmış birinci mərtəbəni ADR-ə versin. ADR artıq genişlənib. Nərimanovdakı qərargaha sığışmır. Bu, hərtərəfli əlverişli olar”, - deyə o bildirib.

Onun fikrincə, qərargahda ADR-ə yer ayrılsa, bu partiyanın ümumi işinə xeyir verə bilər: “Bütün müsavatçılar hər gün təmasda olar, normal mühit yaranar. Eyni zamanda ADR üzvləri hər gün qərargaha gələr və qərargah da boş qalmaz”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında bunun məntiqsiz olduğunu bildirib: “Birincisi, bu müzakirə mövzusu olan məsələdir. Vaxtilə o mərtəbədə “Yeni Müsavat” qəzeti fəaliyyət göstərirdi. İndi həmin yerin hansı məqsədlə istifadə edildiyini, hansı dərəcədə yararlı olduğunu dəqiqləşdirmək lazımdır. İkincisi, Müsavatın ona qarşı yaradılmış təşkilata öz qərargahında yer ayırması məntiqsizdir. Onlar Müsavatı hər gün ittiham edir, partiyanın ümumi inkişafına mane olurlar. Belə olan təqdirdə, onlara qərargahda yer ayırmaq qol-qanad vermək deməkdir”.

N. Sadıqlı qərargahın boş olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, Müsavat Partiyası həmişə qaynar fəaliyyət göstərən partiya olub və indi də belədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm