• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bələdiyyə qulluqçularının səlahiyyətləri azaldılır

  • Nida.az
  • 5 Fevral 2015 15:42
  • 636 Baxış
Bələdiyyə qulluqçularının səlahiyyətləri azaldılır

Bu gün Milli Məclisin Regional Məsələlər Komitəsinin iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

Komitə sədri Arif Rəhimzadənin iştirakı ilə keçirilən iclasda qeyd olunub ki, “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsinin 16-cı maddəsinə əsasən bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

Qanun layihəsində bildirilir ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Bundan başqa, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur.

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Məruzədə 2014-cü il üzrə bələdiyyələrin inkişafı ilə bağlı görülən işlər öz əksini tapıb.

Məruzədə qeyd olunub ki, 2014-cü il bələdiyyələrin həyatında bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ili kimi yadda qalıb. Xüsusən bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işləri xüsusi qeyd edilməlidir.

2014-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən və Azərbaycanda mövcud olan təcrübədən bəhrələnərək bələdiyyələrin birləşməsi ilə 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyənin yaradılması da əhəmiyyətli hadisələrdən biri olub.

Daha sonra “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsi və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR